
MİDA-nın çoxmilyonluq tikinti tenderlərini Enerji Qrup MMC qazandı
Son bir neçə ildə Azərbaycan dövlət qurumları arasınla tikinti işlərinin ən böyük alıcılarından birinə çevrilmiş Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti çox milyonluq tenderlərinin nəticələrini açıqlayıb. Agetlik Bakının Yasamal və Suraxanı rayonlarında, eləcə də Gəncə şəhərində güzəştli evlərin tikintisi, bu evlərdə və ərazidə müxtəlif işlərin görülməsi üçün böyük tenderlərin nəticələrini açıqlayıb. 12 iri tenderin qalibləri bir neçə iri şirkət olub.